Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda Azərbaycan dilinin inkişafına dair tədbir keçirilmişdir

Tarix:13-10-2022, 00:40

Abşeron rayonunda Azərbaycan dilinin inkişafına dair tədbir keçirilmişdir


Abşeron rayonunda Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının icrasına dair Tədbirlər Planına uyğun olaraq tədbir keçirilmişdir. Tədbirdə rayon ərazisində fəaliyyət göstərən inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri, bələdiyyə üzvləri, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və “Abşeron” qəzetinin əməkdaşları iştirak etmişdir. Qeyd edilmişdir ki, Azərbaycan dilinin inkişaf etdirilməsi, dilin qorunmasını hər birimiz
Müstəqilliyimiz əldə olunduqdan sonra dövlət rəmzlərindən biri sayılan dilin - Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısı artırıldı. Ana dilimizin öyrənilməsi, elmi tədqiqinin fəallaşdırılması, dilimizin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı əsasında "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun layihəsinin hazırlanması dilimizə olan diqqətdən irəli gəldi. "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Heydər Əliyevin 9 avqust 2001-ci il Fərmanı dilimizin inkişafına öz töhfələrini verdi.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq bildirilmişdir ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbit olunması Ulu Öndərin dil və dilçilik sahəsinə necə həssaslıqla yanaşmasının ən bariz nümunəsidir.

Vurğulanmışdır ki, dövlət başçısı İlham Əliyevin 9 aprel 2013-cü il tarixdə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı mütərəqqi əhəmiyyətə malik olmaqla, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, eləcə də dilçilik elminin müxtəlif sahələri üzrə yüksək ixtisaslı kadrların hazırlanması, gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dilin normalarına ciddi surətdə əməl edilməsi kimi məsələləri özündə ehtiva edir. Dilin inkişafını və ədəbi dil normalarının qorunmasını təmin edən qanunvericilik bazasının təkmilləşdirilməsi, dil və nitq mədəniyyətinin yüksəldilməsi, lüğət tərkibinin və qrammatik normaların sistemləşdirilməsi Dövlət Proqramının əsas vəzifələrindəndir. Bu proqramın icrasından gözlənilən nəticələr Azərbaycan dilinin və dilçilik elminin inkişafına hesablanıb. Təbii ki, dilin qorunmasının, təmizlənməsinin, saflaşmasının və zənginləşməsinin dilçi alimlərimizin birbaşa işi olmuş olsa da, hər bir vətəndaş, xüsusilə, media sahəsində çalışanlar bu mübarizəni fəal işləri ilə aparmalıdırlar.

Tədbir qarşılıqlı dikusiya şəraitində keçmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Abşeron rayonunda Azərbaycan dilinin inkişafına dair tədbir keçirilmişdir
Abşeron rayonunda Azərbaycan dilinin inkişafına dair tədbir keçirilmişdir

Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir